Bu gün:

Rubin Observatoriyasının elmi inqilabı


Bu gecə səmada elmi baxımdan bənzərsiz bir hadisə yaşanıb. Çilidə yerləşən Vera C. Rubin Observatoriyası üstün gücə malik LSST kamerası ilə sınaq mərhələsində gecə ərzində 800 000‑dən çox alert göndərib, yəni kosmosda baş verən dəyişiklikləri real vaxtda təsbit edib və elmi dəstək üçün yayımlayıb.Rubin Observatoriyasının təsviri

Bu siqnallar yeni asteroidləri, partlayan və dəyişən ulduzları, aktiv qalaktik nüvələri və digər dinamik fenomenləri göstərir və yalnız bir gecədə bu qədər məlumatın alınması astronomiyada dönüş nöqtəsi hesab olunur. Rubin Observatoriyasının sistemində hər 40 saniyədə səmadan yeni bir şəkil çəkilir və bu məlumatlar saniyələr içində əvvəlki şəkillərlə müqayisə olunur, əgər hər hansı bir obyektin mövqeyi, parlaqlığı və ya görünüşü dəyişibsə, dərhal siqnal yaradılır və dünyanın istənilən nöqtəsindəki astronomlar üçün yayımlanır. 

Bu gecə əldə edilən 800 000 siqnal yalnız başlanğıcdır; ilin sonunda observatoriyanın  bu sistemi hər gecə təxminən 7 milyon alert yarada biləcəyi gözlənilir, beləliklə, təkcə ulduzları və asteroidləri deyil, qaranlıq maddə və qaranlıq enerji kimi kainatın qaranlıq tərəflərini daha dərindən araşdırmaq imkanı yaranacaq. Bu publik siqnallar bütün elm ictimaiyyətinə açıqdır və həm peşəkar, həm də həvəskar astronomlar üçün kosmosdakı dəyişiklikləri anlıq izləmək üçün bir qaynaq kimi xidmət edəcək; bu, göyün daim dəyişən xarakterini kəşf etməyə imkan verən bir elmi inqilabdır.

Mənbə: Daily Science

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et