Bu gün:

İsrailin Qəzza zolağına hücumlarında ölənlərin sayı 72 min 27-yə çatıb


2023-cü ilin oktyabr ayından bəri İsrail ordusunun Qəzza zolağına hücumlarında ölənlərin sayı son 24 saatda 2 nəfər artaraq 72 min 27-yə yüksəlib.

İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir.

Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında hücumlarla bağlı son statistik məlumatlar paylaşılıb.

Bəyanata görə, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 2 nəfərin cəsədi və 25 yaralı çatdırılıb.

Açıqlamada qeyd edilib ki, 10 oktyabr 2025-ci ildə atəşkəsin qüvvəyə minməsindən sonra İsrail hücumları nəticəsində 576 nəfər həlak olub, 1543 nəfər yaralanıb, dağıntılar altından isə 717 cəsəd çıxarılıb.

Ümumi statistikaya 30 yanvar – 6 fevral tarixləri arasında Məhkəmə Komitəsi tərəfindən ölümü təsdiqlənmiş 174 fələstinli də daxildir.

Məlumata görə, 2023-cü ilin oktyabr ayından bu yana Qəzza zolağında ölənlərin sayı 72 min 27-yə, yaralananların sayı isə 171 min 651-ə çatıb.

https://share.google/mx9LyyZG3DNCbcZNm

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et