Bu gün:

Əli Cabbar kimdir?


Məşhur müğənni Emir Can İğrekin "Parti təxirə salınmış" albomunda yer alan Əli Cabbar mahnısı sosial medianın gündəmi olub. Əli Cabbarın mahnısının hekayəsi maraqlıdır. Bəs Əli Cabbar kimdir?

Yazılanlara görə Tekirdağın kiçik bir kəndində yaşayan Əli Cabbar beş uşaqlı bir ailənin ortancıl oğludur. Kənddəki toylarda atası ilə zurna çalır. Əli Cabbar yenə qatıldığı toyda öz kəndindən bir qıza aşiq olur. Ancaq qızın ailəsi qızı istəyən başqası ilə nişanlayır. 

Bir gün atası dedi ki, oğlum, axşam toy var. Get, Əli Cabbar. O, toya gedir. Əli Cabbar qatıldığı toyda onun sevdiyi qızın evləndiyini görür. Əli Cabbar gördüklərindən sonra sevgisi qara sevgiyə çevriləndə əsgərliyə getməyə qərar verir. 6-7 aydan sonra kəndə xəbər gəlir ki, Əli Cabbar şəhid olub.

Nə od var, nə də tüstü

Amma alovlanır Əli Cabbar

Sevdiyin qız başqasına yar olmuş 

Bacarırsansa dayan, Əli Cabbar

Atan deyir ki, oğlum, al zurnanı 

Axşam toy var, get, Əli Cabbar”

Sevdiyi qız başqasının yanındadır

Oynar, çalar el oğlu ilə Əli Cabbar

Bu nə dərddir, bu nə imtahandır?

Əli Cabbar başa düşə bilirsənsə, anla

Yükünü götürüb, buralara inciyib 

Əsgərliyə getmiş Əli Cabbar 

Üstündən 6-7 ay keçib 

Xəbəri düşmüş kəndə Əli Cabbar

Onun səsi susur, zurnası susur

Əli Cabbar bizə bir mahnı qoyub getdi... 

Mənbə: CNN Türk 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et