Qəzza Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına son hücumları nəticəsində 21 fələstinlinin həyatını itirdiyini açıqlayıb. Nazirlik hücumların atəşkəsə baxmayaraq davam etdiyini bildirib.

Nazirliyin yazılı açıqlamasına əsasən, son hücumlarda 38 nəfər yaralanıb.
Bəyanatda qeyd olunub ki, 11 oktyabrda elan edilən atəşkəsdən bu yana 556 fələstinli həlak olub, 1500 nəfər yaralanıb və dağıntılar altından 717 nəfərin cəsədi çıxarılıb.
Məlumata görə, 2023-cü ilin oktyabrında başlayan hücumlardan bəri Qəzzada ölənlərin ümumi sayı 71 824-ə, yaralananların sayı isə 171 608-ə çatıb.
https://share.google/ztsdAo4hGINYkrghfƏnv
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
