Bu gün:

Epşteynlə bağlı yeni sənədlər qlobal müzakirələri genişləndirib


Cefri Epşteyn haqqında açıqlanan son sənədlər qlobal siyasət və maliyyə dairələrindəki əlaqələrinə dair yeni suallar yaradıb. İllərdir “Epşteyn hansı kəşfiyyat qurumları ilə əlaqəli olub?” sualı ətrafında gedən müzakirələr son məlumatlarla yenidən gündəmə gəlib.

Müzakirələrdə Epşteynin hər hansı xarici kəşfiyyat strukturu ilə əlaqələrinin olub-olmaması barədə fərziyyələr səsləndirilsə də, sənədlər onun siyasi və maliyyə çevrələrində geniş əlaqələrə malik olduğunu göstərir. Hürriyət qəzetinin yazarı Gökçə Aytulunun dəyərləndirməsinə görə, Epşteyn sadəcə agentlik fəaliyyəti ilə deyil, müxtəlif sahələr arasında informasiya və nüfuz əlaqələri qurmaqla diqqət çəkib.

Yeni sənədlərdə Mandelson detalları

Sənədlərdə 2009-cu ildə İngiltərənin ticarət naziri və həmin dövrdə ölkənin ABŞ-dəkı keçmiş səfiri olan Lord Mandelsonla Epşteynin əlaqələrinə dair məlumatlar da yer alır. Qeyd olunur ki, Mandelson Avropa Birliyinin maliyyə sabitliyi üçün həyata keçirdiyi 500 milyard avroluq paketin detalları barədə Epşteynə məlumat verib.

Hesabatlarda, həmçinin Mandelsonun 2003–2004-cü illərdə Epşteyndən ümumilikdə 75 min dollar məsləhət haqqı aldığı bildirilir. Məsələ gündəmə gəldikdən sonra Mandelson İşçi Partiyasından istefa verib. Mövzu ilə bağlı daha geniş hüquqi araşdırmanın aparılacağı gözlənilir.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et