Bu gün:

NASA "Artemis II" missiyasının buraxılışını təxirə saldı


NASA Aya qayıdış proqramı çərçivəsində həyata keçirilən "Artemis II" missiyasının buraxılışını texniki problemlər səbəbindən təxirə salıb. Qurumun açıqlamasına görə, buraxılışdan əvvəlki sınaqlar zamanı maye hidrogen sızması və digər texniki nasazlıqlar aşkarlanıb. Bu səbəbdən fevral ayına planlaşdırılan buraxılış ləğv edilib və missiyanın ən tez mart ayında baş tutması nəzərdə tutulur.

NASA bildirib ki, problemlərin tam araşdırılması üçün əlavə vaxt tələb olunur. "Artemis II" Orion kosmik gəmisinin ilk heyətli uçuşu olacaq və kosmonavtlar Aya eniş etmədən Ay ətrafında dövrə vuraraq Yerə qayıdacaqlar.

Xatırladaq ki, "Artemis I" missiyası 2022-ci ilin dekabrında uğurla tamamlanıb. Təhlükəsizlik və texniki çətinliklər səbəbindən "Artemis II" və "Artemis III" missiyalarının tarixləri son illərdə bir neçə dəfə dəyişdirilib. "Artemis III" çərçivəsində Aya enişin 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.

https://share.google/iYmm9OIWGIdaXmDP5

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et