Bu gün:

İran-ABŞ danışıqları 6 fevralda İstanbulda keçiriləcək


Reuters xəbər agentliyinə danışan iranlı və amerikalı diplomatlar bildiriblər ki, ABŞ-nin Xüsusi Nümayəndəsi ilə İranın xarici işlər naziri Abbas Araqçi 6 fevral, cümə günü İstanbulda bir araya gələcək.


Agentliyə danışan bölgədəki bir diplomat isə nüvə danışıqlarını yenidən canlandırmaq məqsədi daşıyan bu görüşdə Səudiyyə Ərəbistanı və Misir kimi ölkələrin nümayəndələrinin də iştirak edəcəyini qeyd edib.

Həmin diplomat deyib: “Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və bəzi digər ölkələr İstanbul görüşlərində iştirak edəcək. İkili, üçtərəfli və müxtəlif formatlarda toplantılar keçiriləcək".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün Tehranla “ciddi” danışıqlar apardıqlarını bildirib.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et