Suriyanın cənubundakı Suveyda bölgəsində Suriya təhlükəsizlik qüvvələri ilə Druz fraksiyasının lideri Hikmət əl-Həcri ilə əlaqəli qanunsuz silahlı qruplar arasında toqquşmalar baş verdiyi bildirilib.

Suriya dövlət televiziya kanalı Əl-İxbariyyənin verdiyi məlumata görə, qanunsuz silahlı qruplar Suveydanın qərbindəki Mənsurə kəndinə daxil olmağa cəhd edib və təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Bu qrupların Suriya təhlükəsizlik məntəqələrini minaatan atəşi ilə hədəf aldığı bildirilib. Toqquşmalar davam etsə də, iştirak edən qanunsuz silahlı qruplar haqqında heç bir məlumat verilməyib.
Suveyda bölgəsində Suriya qüvvələri ilə İsrail tərəfindən dəstəklənən Hacri ilə bağlı qanunsuz silahlı qruplar arasında vaxtaşırı toqquşmalar baş verir. 2025-ci ilin iyul ayında Suriya qüvvələri ilə Hacriylə bağlı qruplar arasında bölgədə şiddətli döyüşlər baş verib və İsrail Druzları qorumaq bəhanəsi ilə Suriya təhlükəsizlik qüvvələrinə hücumlar edib.
Mənbə: Habertürk
Tərcümə etdi: Aygül Alıyeva
