Son üç həftə ərzində İranda saxlanıldığı bildirilən 18,000 etirazçıdan biri də 26 yaşlı Erfan Soltanidir.

İran məhkəməsi ölkədəki son etirazlarla əlaqədar saxlanılan bir şəxsin edamının planlaşdırıldığını rədd edib.
Norveçdə yerləşən Kürd insan hüquqları təşkilatı "Hengaw" bu həftə əvvəlcə bildirib ki, 26 yaşlı Erfan Soltaninin ailəsinə onun saxlanıldıqdan cəmi bir neçə gün sonra çərşənbə günü edam olunacağı bildirilib.
Çərşənbə günü "Hengaw" təşkilatı Soltaninin ailəsinin verdiyi məlumata istinadən, onun edamının "təxirə salındığını" bildirib, lakin onun həyatı ilə bağlı "ciddi və davam edən narahatlıqların" qalmaqda olduğu xəbərdarlığı edilib.
"Bu xoş xəbərdir. Ümid edirik ki, belə davam edər!" – deyə ABŞ Prezidenti Donald Tramp bildirib. O, əvvəllər İrana etirazçıları edam etməməsi barədə xəbərdarlıq edib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
