Bu gün:

Avropa hərbi qüvvələri Qrenlandiyaya çatıb


Danimarka hərbi-hava qüvvələrinin nəqliyyat təyyarəsi Qrenlandiyanın paytaxtı Nuuka çatıb. Avropalı NATO müttəfiqləri birgə təlimlər üçün paytaxtda yerləşdirilib.

Almaniya, İsveç, Norveç, Niderland və Birləşmiş Krallıqdan personalı da əhatə edən bu yerləşdirmə ABŞ Prezidenti Donald Trampın Danimarkanın yarımmuxtar hissəsi olan Arktik adaya olan iddiasını təkid etməsi zamanı baş verir.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ilkin kontingent tezliklə "quru, hava və dəniz vasitələri" ilə gücləndiriləcək.

Yüksək vəzifəli diplomat Olivye Puavr d'Arvor missiyanın güclü siyasi siqnal göndərdiyini ifadə edib: "Bu ilk təlimdir... ABŞ-yə NATO-nun burada olduğunu göstərəcəyik".

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et