Bu gün:

Tramp: “İran etirazçıları edam etsə, çox ciddi tədbir görəcəyik”


ABŞ-nin Prezidenti Donald Tramp bildirib ki, İran etirazçıları edam etsə, ABŞ "çox ciddi tədbir" görəcək. Bu açıqlama, insan hüquqları qruplarının məlumatına görə, ölkə daxilində hökumət əleyhinə etirazlarda 2400-dən çox şəxsin həyatını itirməsindən sonra gəlir.

26 yaşlı Erfan Soltani adlı gəncin yaxınları BBC Fars xidmətinə bildiriblər ki, keçən həftə həbs olunan Soltaninin çərşənbə günü edam edilməsi gözlənilib. Onun edamının həyata keçirilib-keçirilməməsi isə hələ də aydın deyil.

Hengaw İnsan Hüquqları Təşkilatının nümayəndəsi də BBC-yə verdiyi açıqlamada, "heç vaxt bir işin belə tez hərəkətləndiyinə şahid olmadıqlarını" ifadə edib.
Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et