Bu gün:

Ulduzlardan tamamilə azad obyekt — “Cloud-9” tapılıb


NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə istifadə etdiyi Hubble Kosmik Teleskopu ilə kainatda indiyə qədər görünməmiş bir tip astronomik obyekt aşkar edilib.

Bu obyekt ulduz işığı yaymır, yalnız qazdan və qaranlıq maddədən ibarətdir. Onu alimlər “Cloud-9” kimi adlandırırlar və bu, kainatda təsdiqlənmiş ilk belə obyektdir — ulduz əmələ gətirməyən qalaktikaya bənzər strukturdur.

Cloud-9 ulduzlardan məhrum, lakin hidrogen qazı ilə zəngin, qaranlıq maddə tərəfindən dominant şəkildə saxlanılan bir kosmik buluddur. Bu tip obyektlər əvvəlcə nəzəri şəkildə proqnozlaşdırılıb, amma birbaşa müşahidə olunmayıb. Cloud-9 ilk dəfə bu teleskopla araşdırıldıqda həqiqətən də işıq saçmadığı müəyyən edilib; bu isə onu adi qalaktikalardan tamamilə fərqləndirir. 

Mənbə: Science daily

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et