Moda dünyasında yeni rəng trendi müəyyənləşib. Aparıcı stilistlər və moda analitikləri 2026 mövsümünün əsas rəngi kimi “Mocha Mousse” - isti qəhvəyi və bej çalarlarının sintezini elan ediblər. Bu rəng artıq bir çox məşhur moda evlərinin yeni kolleksiyalarında özünü göstərir.
“Mocha Mousse” zərifliyi və universallığı ilə seçilir. O, həm gündəlik geyimlərdə, həm də klassik və axşam obrazlarında rahatlıqla istifadə olunur. Dizaynerlər bu çaları palto, kostyum, trikotaj geyimlər və aksesuarlarda aktiv şəkildə tətbiq edirlər.
Mütəxəssislərin fikrincə, bu rəng trendi insanların təbiətə yaxınlıq, sakitlik və balans axtarışı ilə bağlıdır. Neytral tonlar həm minimalist, həm də lüks üsluba uyğun gəldiyi üçün geniş auditoriya tərəfindən qəbul edilir.
Beləliklə, 2026 mövsümündə “Mocha Mousse” zəriflik və müasir dəbin simvolu kimi moda dünyasında mühüm yer tutur.
Mənbə:vogue.com
Tərcümə etdi:Şehrin Musayeva
