Bu gün:

Taylandda azı 28 nəfər ölüb


Şimal-şərqi Taylandda tikinti kranının hərəkətdə olan qatarın üzərinə düşməsi nəticəsində azı 28 nəfər həlak olub, 64 nəfər isə yaralanıb.

Kran qatarı relsdən çıxarıb və vaqonların bir neçəsini əzib. Vaqonlardan biri alovlanıb.

Rəsmi məlumatlara görə, qəza yerli vaxtla saat 09:00-da baş verəndə qatarda təxminən 195 sərnişin olub.

Xilasedicilər sonradan bütün sərnişinləri tam şəkildə təxliyə ediblər, yaralıların çoxu isə regiondakı xəstəxanalara aparılıb.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova



Paylaş
Şərh əlavə et