Avstraliyalı mükafatlı yazıçı Craig Silvey uşaq istismarı ilə bağlı materialların saxlanılması və yayılması ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
BBC-nin məlumatına görə, “Jasper Jones” romanının müəllifi olan Silvey bazar ertəsi günü polis tərəfindən Pert şəhərindəki evində aparılan reyd zamanı saxlanılıb. Hüquq-mühafizə orqanları bildiriblər ki, polis evə daxil olduğu zaman yazıçının internet üzərindən digər uşaq istismarı cinayətlərində şübhəli bilinən şəxslərlə aktiv ünsiyyətdə olduğu iddia olunur.
43 yaşlı, üç uşaq atası olan Craig Silvey çərşənbə axşamı Fremantl Magistratlar Məhkəməsində hakim qarşısına çıxıb. O, ittihamlar üzrə hələlik təqsirini etiraf etməyib və məhkəmənin qərarı ilə zaminə buraxılıb.
Qeyd edək ki, “Jasper Jones” romanı Avstraliya ədəbiyyatının klassik əsərlərindən biri hesab olunur və geniş oxucu auditoriyası tərəfindən tanınır. Hadisə Avstraliya ictimaiyyətində və ədəbi mühitdə ciddi rezonans doğurub.
İş üzrə istintaq tədbirləri davam etdirilir.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Məlikova
