Bu gün:

Cerom Pauellə qarşı cinayət araşdırılmasına mənfi rəylər bildirilib


ABŞ Mərkəzi Bankının üç keçmiş rəhbəri bazar ertəsi günü sədr Cerom Pauellə qarşı aparılan cinayət araşdırmasını pisləyərək bunu Federal Ehtiyat Sisteminin müstəqilliyini zəiflətmək cəhdi adlandırıblar. 

İctimai bəyanatda Ceynt Yellen, Ben Bernanke və Alan Qrinspan, eləcə də digər 10 tanınmış keçmiş rəsmi şəxs Pauelli dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, keçmiş Fed  sədri və ABŞ-nin Xəzinədarlıq katibi Ceynt Yellen Cerom Pauelli dəstəkləmək üçün bir araya gələn bir neçə iqtisadi siyasət liderindən biridir.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova



Paylaş
Şərh əlavə et