Bu gün:

İranda kütləvi etirazlar davam edir


İranda davam edən kütləvi etiraz aksiyaları ölkədə ciddi ictimai-siyasi böhran yaradıb. Son məlumatlara əsasən, qarşıdurmalar nəticəsində 500-dən çox insan həyatını itirib, minlərlə vətəndaş saxlanılıb.

Etirazlar sosial-iqtisadi problemlər və hakimiyyətin siyasətinə qarşı narazılıq fonunda başlayıb. Tehran daxil olmaqla bir sıra şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib, internetə çıxış məhdudlaşdırılıb.

İran rəsmiləri aksiyalarda “xaricdən yönləndirilən qrupların” iştirak etdiyini iddia edir və ABŞ-nin daxili işlərə qarışmaqda ittiham edir. ABŞ isə baş verənləri insan hüquqlarının pozulması kimi qiymətləndirib və İrana qarşı əlavə təzyiq variantlarını istisna etməyib.

Beynəlxalq təşkilatlar tərəfləri zorakılıqdan çəkinməyə çağırır.

Mənbə: World News Group

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et