Tehranda, İranda bir neçə gündür davam edən ölümcül etirazlardan sonra matəmdə olanların "Xameneyiyə ölüm" şüarı səsləndirdiyi eşidilib.

ABŞ mərkəzli Hüquq Qrupu HRANA'nın məlumatına görə, dekabr ayının sonundan başlayan etirazlar zamanı təxminən 500 nəfər etirazçı həyatını itirib.
Bazar gecəsi Prezident Donald Trump ABŞ-nin ölkəyə müdaxilə etmək üçün "çox güclü variantlar" düşündüyünü bildirib.
İranın xarici işlər naziri cavab olaraq ölkəsinin müharibəyə "hazır" olduğunu, lakin onu "axtarmadığını" ifadə edib.
Eyni zamanda, İranda bir neçə gündür davam edən internet kəsintisi məlumat almağı çətinləşdirir; BBC və digər beynəlxalq media qurumlarının da ölkə daxilindən reportaj verməsi mümkün deyil.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
