Bu gün:

İran etirazlarında yüzlərlə insan öldürülüb


İranda hökumət əleyhinə keçirilən kütləvi etirazlar zamanı yüzlərlə insanın həyatını itirdiyi bildirilib. Qurbanlar arasında 26 yaşlı futzal məşqçisi və hakim Amir Məhəmməd Kuhkan, eyni zamanda 23 yaşlı tələbə Rubina Aminianın olduğu qeyd edilib öldürülüb.

Amir Məhəmməd Kuhkan yanvarın 3-də Fars vilayətinin Neyriz şəhərində keçirilən etiraz zamanı canlı güllə ilə vurularaq həyatını itirib. Dostunun sözlərinə görə, o, xeyirxah insan kimi tanınıb və ailəsi onun ölümündən sonra həm dərin kədər, həm də qəzəb hissi keçirib yaşayıb.


Rubina Aminian isə yanvarın 8-də Tehranda baş verən etiraz zamanı arxadan güllələnib. Hüquq müdafiə təşkilatları onun hökumət qüvvələri tərəfindən vurulduğunu bildirib, BBC isə hadisənin detallarını müstəqil şəkildə təsdiqləyə bilməyib bildirib.


Hüquq təşkilatlarının məlumatına görə, iki həftə ərzində təxminən 500 etirazçı və 48 təhlükəsizlik əməkdaşı ölüb, 10 mindən çox insan saxlanılıb. Tibb işçiləri xəstəxanaların ölən və yaralılarla dolu olduğunu, vəziyyətin ağırlaşdığını deyiblər açıqlayıb.


Etirazlar dekabrın 28-də iqtisadi problemlər səbəbilə başlayıb və ölkənin bütün vilayətlərinə yayılıb. İran hakimiyyəti internetə məhdudiyyət tətbiq edib, bu da məlumatların toplanmasını çətinləşdirib və beynəlxalq medianın hadisələri izləməsinə mane olub yaradıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et