İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ-dən hər il təxminən 3,8 milyard dollar hərbi yardım aldığını və bunu 10 il ərzində sıfıra endirmək istədiyini bildirib.

Netanyahu Britaniyanın "The Economist" jurnalına verdiyi müsahibədə İsrailin imkanlarını inkişaf etdirdiyini və iqtisadiyyatının 10 il ərzində bir trilyon dollara çatacağını iddia edərək: "Bu, Amerika xalqının dəstəyini qazanmaq üçün mübarizə aparmaq istəmədiyim anlamına gəlmir. Bunu etmək üçün dəli olmaq lazımdır,,"-deyib.
İsrail 2016-cı ildə imzalanan və 2019-cu ildə qüvvəyə minən və 2028-ci ilə qədər davam edəcək müqavilə çərçivəsində ABŞ-dən silah alışı üçün hər il təxminən 3,8 milyard dollar maliyyə yardımı alır. Bu məbləğ İsrailin müdafiə büdcəsinin təxminən 15 faizini təşkil edir. Bu yardıma əlavə olaraq İsrail Vaşinqtondan, xüsusən də Dəmir Qübbə sistemi də daxil olmaqla hava hücumundan müdafiə sistemləri üçün hərbi yardım alıb.
ABŞ senatoru Lindsey Graham da Netanyahunun sözlərini alqışlayaraq bu müddətin qısaldıla biləcəyini irəli sürüb. X-də yazdığı yazıda Graham: "Bu yardım paketləri İsrail ordusunun imkanlarını gücləndirmək üçün uğurlu bir sərmayə oldu, lakin bu proqramı tamamlamaq üçün on il gözləmək lazım deyil,"-deyib.
Mənbə: Hürriyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
