Minnesotanın Minneapolis şəhərində Federal Gömrük və İmmiqrasiya Xidməti (ICE) əməliyyatı zamanı bir qadın güllə ilə öldürülüb. Hadisə ölkə daxilində və bir çox böyük şəhərlərdə etirazlara səbəb olub.

Minneapolis küçələrində minlərlə insan “Abolish ICE” və “No justice, no peace” şüarları ilə yürüş keçirib. Polis etirazların əksəriyyətinin sakit keçdiyini bildirib. Buna baxmayaraq, bəzi ərazilərdə kiçik insidentlər baş verib və 29 nəfər saxlanılıb.
Şəhər meri Jacob Frey etirazların sülh yolu ilə keçirilməsinin vacibliyini vurğulayıb. Yerli hüquq müdafiəçiləri ICE agentlərinin fəaliyyətinə etiraz edərək məsuliyyət tələb edirlər. Etirazlar yalnız Minneapolisdə deyil, ABŞ-nin digər şəhərlərində də davam edir.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
