Bu gün:

Tobelo sahilləri yaxınlığında zəlzələ baş verib


İndoneziyanın şimal-qərbində, Tobelo sahilləri yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) Filippinlərin şimal-qərb sahilləri yaxınlığında zəlzələ qeydə alındığını açıqlayıb.

Məlumata görə, zəlzələnin episentri Tobelo şəhərindən 244 kilometr şərqdə, dənizdə yerləşib.

Yeraltı təkanlar təxminən 51,6 kilometr dərinlikdə baş verib və sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et