Bu gün:

İranda internet kəsintisi


İranın Ali Rəhbəri Ayətullah Xamenei, demək olar ki, iki həftədir ölkə üzrə davam edən etiraz aksiyalarından sonra hökumət əleyhdarı etirazçılara qarşı şiddətli ifadələr işlədib.

İranda son söz sahibi olan Xamenei etirazçıları "bir dəstə vandal" adlandıraraq onları ABŞ Prezidenti Donald Trampa "xoş gəlmək" istəməkdə günahlandırıb. Tramp daha əvvəl hökumət qüvvələri etirazçıları öldürərsə, İrana çox "ağır" zərbə endirəcəyini bildirib.

28 dekabrda Tehran'da başlayan etirazlar İran valyutasının dəyərinin kəskin düşməsi ilə alovlanıb və BBC Verify onların yayılmasını xəritələşdirir.

BBC-də danışan 29 yaşlı bir şəxs "İnsanlar indi daha cəsarətli olurlar. Bir az ərzaq almağa getdim və insanlar gündüz işığında rejimə qarşı yüksək səslə danışıblar!" ifadəsini işlədib.

Digər tərəfdən, ölkə üzrə genişmiqyaslı internet kəsintisi, görünür, hələ də davam edir. Xaricdə yaşayan bəzi iranlılar ailələri ilə əlaqə qura bilmədiklərini bildirirlər.

BBC və digər beynəlxalq xəbər təşkilatlarının əksəriyyəti İran daxilində reportaj aparmaqdan məhrum olduqları üçün yerli vəziyyəti yoxlamaq məqsədi ilə əsasən sosial media platformalarına etibar edir.

Mənbə: BBC news 

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et