Bu gün:

Türk Hava Yolları, AJet və Pegasus İrana uçuşları ləğv edib


Türk Hava Yolları (THY), AJet və Pegasus İrandakı etirazlar səbəbilə Tehran, Təbriz və Məşhədə planlaşdırılan reyslərini ləğv edib.



İranda baş verən hadisələr və təhlükəsizlik problemləri ilə əlaqədar Türk Hava Yolları (THY) bu gün və sabah Tehran, Təbriz və Məşhəd reyslərini ləğv etdiyini açıqlayıb. 

THY-dən verilən açıqlamada "Hörmətli sərnişinlər, İranda baş verən regional hadisələrlə əlaqədar olaraq yanvarın 9-u cümə və 10 yanvar şənbə günü Tehran, Təbriz və Məşhədə planlaşdırılan ümumilikdə 17 reys təxirə salınıb. Sərnişinlər uçuşlarının cari vəziyyətini THY linkindən izləyə bilərlər. Anlayışınız üçün təşəkkür edirik". 

AJet də bəyanat yayıb: "İranda regional hadisələrlə əlaqədar olaraq yanvarın 9-u cümə və 10 yanvar şənbə günləri Tehrana planlaşdırılan ümumilikdə 6 reys təxirə salınıb. Qonaqlarımız uçuşların hazırkı vəziyyəti ilə bağlı məlumatlandırılır".


Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova




Paylaş
Şərh əlavə et