Bu gün:

Minneapolis şəhərində etirazlar


Minneapolis ABŞ – ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agenti tərəfindən 37 yaşlı Renee Nicole Qudun güllələnməsi Minneapolis şəhərində etirazlara səbəb olub. Hadisə yerli vaxtla çərşənbə səhər saat 10:25 radələrində baş verib.

Videogörüntülərdə görünür ki, ICE agentləri küçənin ortasında bir avtomobilə yaxınlaşır. Avtomobil hərəkət etməyə çalışarkən agentlərdən biri sürücüyə silah yönəldir və ən azı iki atış səsi eşidilir.

Hadisədən sonra şəhərin Demokrat meri Ceykob Frayi qəzəbli ifadələrlə ICE agentlərinin şəhəri tərk etməsini tələb edib. Nom isə açıqlamasında Minneapolisdəki ICE əməliyyatlarının davam edəcəyini və FBI-nın işə baxdığını bildirib.

Ağ evin qeyri-qanuni immiqrasiyaya qarşı tədbirləri çərçivəsində Minnessota ştatının Minneapolis şəhərinə yüzlərlə ICE agenti göndərilib. Etirazlar zamanı onlarla nəfər küçələrə çıxıb və agentlərin şəhərdən getməsini tələb edib.

Mənbə: BBC news 

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et