Alimlər tərəfindən New Mexico Universitetində aparılan yeni bir tədqiqatda məlum olub ki, əvvəlcə sadə kimi görünən bir bitki - Equisetum (azərbaycan dilində “at quyruğu” adlanan) -Yer tarixinin təxminən 400 milyon il əvvəlki iqlimini araşdırmaq üçün yeni bir açar ola bilər.
Bu bitki həm çox qədimdir, həm də öz içində meteorite bənzər su izotop imzaları saxlayır ki, bu da geoloqlar və iqlim alimləri üçün müstəsna əhəmiyyət daşıyır.
İnsanlar suyun içindəki oksigenin müxtəlif izotoplarını (O-16, O-17 və O-18) izləməklə, suyun haradan gəldiyini, necə hərəkət etdiyini və atmosferin nəmlik səviyyəsini öyrənə bilirlər. Bu izotoplar, əsasən, suyun atmosferdə necə buxarlandığını və bitkilər tərəfindən necə istifadə olunduğunu göstərir. Ancaq bu yeni araşdırmada aşkar edilən izotop nisbətləri daha əvvəl Yer üzərində müşahidə olunmayan səviyyədə qeyri-adi idi.
Tədqiqatçılar Equisetum laevigatum növlü at quyruqları üzərində işləyiblər ki, bu bitkilər Rio Grande çayı sahilində tapılıb. Bu bitkilər öz daxili nazik kanalları vasitəsilə suyu yuxarıya doğru çəkərkən su içindəki oksigen izotoplarının nisbətini çox qeyri-adi şəkildə dəyişdirir. Bu dəyişikliklər o qədər böyükdür ki, alınan imzalar meteorite aid materialların oksigen izotopları ilə eyniləşir. Belə bir şey adi təbiət prosesində qeydə alınmayıb.
Mənbə: The Times of India
Tərcümə etdi: Turqut Ansari
