Bu gün:

İqlim dəyişikliyi təbiətin əsas balansını dəyişir


Yeni elmi araşdırmaya görə, iqlim dəyişikliyi Yer kürəsində nitrojenin təbii dövranını ciddi şəkildə pozur.

Alimlər bildirirlər ki, bu dəyişiklik torpaq, bitkilər, mikroorqanizmlər arasında tarazlığı zəiflədir və ekosistemlər üçün risk yaradır.

Tədqiqat nəticələri göstərir ki, artan karbon qazı səviyyəsi, temperaturun yüksəlməsi və dəyişən yağış rejimi nitrojenin torpaqda saxlanmasını, bitkilərə ötürülməsini çətinləşdirir. Bu proses bəzi hallarda bitki artımını sürətləndirsə də, məhsulların qida dəyərinin azalmasına səbəb ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, daha isti hava şəraiti nitrojenin torpaqdan itirilməsini artırır, bu isə həm kənd təsərrüfatına, həm də su hövzələrinin vəziyyətinə mənfi təsir göstərir. Buna görə də nitrojenin qlobal miqyasda daha düzgün və davamlı şəkildə idarə olunması vacib hesab edilir.

Mənbə: İndiatoday.in

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et