Bu gün:

İndoneziyadan məşhur sosial şəbəkəyə məhdudiyyət


İndoneziya X sosial şəbəkəsinə inteqrasiya olunmuş Grok adlı süni intellekt aləti ilə bağlı ciddi narahatlığını bildirib. İcazə olmadan yaradılan saxta cinsi məzmunlu görüntülərin artması hökuməti tədbir görməyə vadar edib. Rəsmilər platformanın ölkə qanunlarına uyğunluğunu yenidən qiymətləndirib.

İndoneziya Rabitə Nazirliyi Grok-un bu cür uyğun­suz məzmunu məhdudlaşdıran yetərli mexanizmlərə malik olmadığını açıqlayıb. Qanunlara əməl edilməzsə, X və Grok-a qarşı inzibati sanksiyalar, hətta girişin məhdudlaşdırılması gündəmə gələ bilər. Yeni cinayət məcəlləsinə əsasən, qeyri-etik materialın istehsalı və yayılması ağır cəzalarla nəticələnir. Məsələ təkcə İndoneziya ilə məhdudlaşmır, beynəlxalq səviyyədə də ciddi reaksiya doğurub. Avropa Birliyi, Böyük Britaniya, Malayziya və Hindistan X-in məsuliyyətini vurğulayıb. Bu proses süni intellekt alətlərinin təhlükəsiz və qanunlara uyğun istifadəsinin vacibliyini bir daha göstərib.

Mənbə: TRT Haber            
Tərcümə etdi: Fidan Mənsimova





Paylaş
Şərh əlavə et