Daxili İşlər Naziri Diosdado Kabellonun paylaşdığı şəkillərə görə, Venezuelanın paytaxtı Karakasın küçələrində silahlı polis dəstələri nəzarət patrulu keçirir. Onlayn yayımlanmış videoda təhlükəsizlik qüvvələrinin "həmişə sadiq, heç vaxt xain yox" şüarı səsləndirdiyi görünür.

Ölkədəki vəziyyətlə bağlı danışan bir Venezuela vətəndaşı qeyd edir ki, devrilmiş Nikolas Maduro rejiminin bir çox nümayəndəsi hələ də vəzifə başındadır və qorxu atmosferi davam edir.
Keçən şənbə günü ABŞ-nin xüsusi əməliyyatı çərçivəsində Nikolas Maduro və həyat yoldaşı Silia Flores Karakasdakı iqamətgahlarından çıxarılaraq ABŞ-yə aparılıb. ABŞ rəsmiləri bu addımın səbəbini izah etməyə davam edir.
Ölkənin sürgündəki müxalifət lideri Mariya Korina Maçado isə Maduronun həbsini "bəşəriyyət, azadlıq və insan ləyaqəti üçün böyük bir addım" kimi qiymətləndirib. Onun təmsil etdiyi "Vente Venezuela" partiyası ölkədəki bütün siyasi məhbusların dərhal azad edilməsini tələb edib.
Menbe: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
