Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin gücü 6,2 bal olub.Yeraltı təkanların episentri Şimane prefekturasında, təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ yerli vaxtla səhər saatlarında baş verib və ətraf şəhərlərdə güclü hiss olunub.
Zəlzələ nəticəsində bir sıra yaşayış məntəqələrində binalar silkələnib, insanlar təhlükəsizlik məqsədilə küçələrə çıxıblar. İlkin məlumatlara əsasən, sunami təhlükəsi yoxdur. Rəsmi qurumlar atom elektrik stansiyalarında və digər strateji obyektlərdə hər hansı nasazlıq qeydə alınmadığını bildiriblər.
Hadisədən sonra bəzi dəmir yolu xətlərində qısa müddətli fasilələr və gecikmələr yaşanıb. Yerli hakimiyyət orqanları əhaliyə ehtiyatlı olmağı, mümkün təkrar zəlzələlərə (aftershock) hazır olmağı tövsiyə edib. Hazırda dağıntı və insan tələfatı barədə ciddi məlumat yoxdur, vəziyyət nəzarət altındadır.
Mənbə: The Star
Tərcümə etdi: Turqut Ansari
