Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət və Böhran Mərkəzinin yaydığı açıqlamaya görə, ruslardan Venesuelaya səfər etməkdən çəkinmələri xahiş olunub. Məhdudlaşdırıcı tədbirlər regionda vəziyyətin kəskin şəkildə pisləşməsi və respublikaya qarşı xarici təcavüz aktları ilə əlaqədar olub.

Departament qeyd edib ki, ABŞ-nin Venesuelaya qarşı hərbi təcavüzü və növbəti hücumlarla bağlı təhdidlər səbəbindən Rusiya vətəndaşlarına mütləq zərurət olmadığı təqdirdə Venesuelaya səyahət etməkdən çəkinmələri tövsiyə olunub.
Bu arada, Kuba prezidenti Miguel Dias-Kanel Venesuelada 32 Kuba vətəndaşının ölümü ilə bağlı iki günlük matəm elan edib. Hakimiyyət orqanları ölümlərin ABŞ-nin Venesuela lideri Nikolas Maduronu ələ keçirmək cəhdini dəf edərkən baş verdiyini bildirib.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Kuba hökuməti haqqında sərt danışaraq ona "böyük problem" vəd edib. Dövlət katibi əlavə edib ki, əgər ada ölkəsində yüksək vəzifə tutarsa, "narahat olacaq" və ABŞ siyasətinin sərtləşəcəyinə işarə edib.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
