Şimali Koreya bugün səhər saatlarında bir neçə ballistik raket buraxıb. Raketlər ölkənin şərq sahilindən Yapon dənizi istiqamətinə doğru atılıb və təxminən 900 kilometr məsafə qət edib. Hadisə Cənubi Koreya və Yaponiya tərəfindən region təhlükəsizliyi üçün ciddi risk kimi qiymətləndirilib.

Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər səhər saatlarında buraxılıb və bölgədə hərbi əməliyyatlara təsir etməyib. Yaponiya Müdafiə Nazirliyi də raketlərin Yapon dənizinə düşdüyünü təsdiqləyib. Hazırda itki və ziyan barədə məlumat verilməyib.
Raket atışları Cənubi Koreya Prezidenti Lee Jae Myungun Çinə dövlət səfərindən bir neçə saat əvvəl baş verib. Bu, Şimali Koreyanın müdafiə potensialını nümayiş etdirmək və beynəlxalq diqqəti cəlb etmək cəhdi kimi qiymətləndirilir. ABŞ və Cənubi Koreya rəsmiləri raket sınaqlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndirib və bölgədə sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
Beynəlxalq ictimaiyyət hadisəni diqqətlə izləyir. Yaponiya rəsmiləri raket atışını xalqın və regionun təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb, ABŞ isə təhlükəsizlik əməkdaşlığını gücləndirəcəyini açıqlayıb.
Mənbə: AP NEWS
Tərcümə etdi: Zəhra Məlikova
