Bu gün:

İİsraildə avtomobillə vurma və bıçaqlı hücumda iki nəfər ölüb


İsrailin şimalında “ardıcıl terror hücumu” kimi qiymətləndirilən hadisə nəticəsində iki nəfər həyatını itirib.

Polis bildirib ki, hücumçu əvvəlcə şərqdə yerləşən Beyt-Şean şəhərində bir piyadanı avtomobillə vurub, daha sonra hərəkətini davam etdirərək təxminən 8 mil qərbdəki Ein Harod yaxınlığında bir qadını bıçaqlayıb.

Məlumata görə, o, sonda Afula şəhəri yaxınlığında mülki şəxs tərəfindən vurularaq yaralanıb. İsrailin müdafiə naziri bildirib ki, şübhəli şəxs işğal altında olan İordan çayının qərb sahilinin şimalındakı Qabatiyə kəndindəndir.

Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et