“Friends” serialında Dr. Roger obrazı ilə tanınan amerikalı aktyor və improvizasiya ustası Pat Finn vəfat edib. O, həmçinin “Seinfeld” və “The Middle” kimi məşhur layihələrdəki rolları ilə də yadda qalıb.
Ailəsinin sosial şəbəkə hesabı vasitəsilə yaydığı açıqlamaya görə, Finn 2022-ci ildən etibarən xərçəng müalicəsi alıb və bazar ertəsi Los-Ancelesdəki evində dünyasını dəyişib.
Ailənin paylaşdığı bəyanatda belə ifadələr yer alıb: "Pat heç vaxt yad biriylə tanış olmayıb, sadəcə hələ tanımadığı dostları var idi".
Mənbə: CNN
Tərcümə etdi: Ətirə İbayeva
