Bu gün:

Barça Fondunun Milad kampaniyası xəstə uşaqlara ümid verir


"Barselona" və Barça Fondu Milad kampaniyası çərçivəsində ağır xəstəliklərdən əziyyət çəkən uşaqların emosional vəziyyətinə dəstək göstərən "Polseres Blaugrana" layihəsini təqdim edib. Kampaniya “Çünki Barça-nın sehri də sağaldır” şüarı ilə həyata keçirilir.

Kampaniya videosunda Pau Kubarsi, Fermin Lopes, Robert Levandovski, İrene Paredes və Aleksia Putelyas xəstə uşaqlarla görüşərək onlara mənəvi dəstək olurlar. Klub prezidenti Con Laporta bu təşəbbüsün Barça-nın yalnız idman deyil, eyni zamanda güclü sosial məsuliyyət daşıyan bir qurum olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.


Qeyd edək ki, Barça Fondu Kataloniya və dünyanın 23 ölkəsində 60-dan çox sosial layihə həyata keçirir və “Més que un club” fəlsəfəsini davam etdirir.



Mənbə: FC Barcelona Website

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş
Şərh əlavə et