Ukrayna Prezidenti Viladimir Zelenski bildirib ki, Rusiya ölkəyə gecə boyu 600-dən çox pilotsuz uçuş aparatı (drone) və 30 raketdən ibarət "kütləvi" hücum həyata keçirib.

Hücum nəticəsində ən azı üç nəfər həlak olub, onlardan biri mərkəzi Jitomır vilayətində dörd yaşlı uşaqdır.
Zelenski "Putin hələ də öldürməyi dayandırmalı olduğunu qəbul edə bilmir. Bu o deməkdir ki, dünya Rusiyaya kifayət qədər təzyiq göstərmir" ifadəsini işlədib.
Enerji operatoru "Ukrenergo" bildirib ki, havanın temperaturu sıfır dərəcəyə yaxınlaşdığı bir vaxtda Ukraynanın "bir neçə regionunda" "təcili elektrik enerjisi kəsintiləri" tətbiq edilib.
Polşa isə qonşu ölkəyə edilən hücuma cavab olaraq öz döyüş təyyarələrini qaldırdığını bildirib. Bu, Polşanın müntəzəm olaraq etdiyi ehtiyat tədbirdir.
Zelenski bir gün əvvəl, ölkəsində Milad təntənələri zamanı, "xüsusilə 23, 24 və 25 dekabr tarixlərində" kütləvi zərbə endirməyin Rusiyanın "təbiətində" olduğunu xəbərdar edib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
