Cəmi dörd aydır polis kimi çalışan konstabl Cek Hibbert "Hanuka" tədbirində patrul xidməti apararkən iki silahlı şəxsin açdığı atəş nəticəsində başından aldığı ağır yara ilə xəstəxanaya çatdırılıb.
22 yaşlı polis çiynindən də xəsarət alıb, gözlərindən birində görmə qabiliyyətini itirib və hazırda evdə müalicəsini davam etdirib.
Ailəsi onun Milad ərəfəsində evə dönməsini möcüzə adlandırıb, ictimaiyyətə və həkimlərə dəstəyə görə təşəkkür edib.
Hücum zamanı yaralanmasına baxmayaraq, Hibbert gücü çatdığı vaxta qədər insanlara kömək edib, hadisədə yaralanan digər polis əməkdaşının isə hələ xəstəxanada müalicə aldığı bildirilib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
