Bu gün:

Bondi hücumunda yaralanan polis evə buraxılıb


Bondi Beach hücumu zamanı başından güllə alan gənc polis əməkdaşı xəstəxanadan evə buraxılıb.

Cəmi dörd aydır polis kimi çalışan konstabl Cek Hibbert Hanuka tədbirində patrul xidməti apararkən iki silahlı şəxsin açdığı atəş nəticəsində ağır yaralanıb.

22 yaşlı polis çiynindən xəsarət alıb, gözlərindən birində görmə qabiliyyətini itirib və hazırda evdə müalicəsini davam etdirir.

Ailəsi onun Milad ərəfəsində evə dönməsini möcüzə adlandırıb, ictimaiyyətə və həkimlərə dəstəyə görə təşəkkür edib.

Hücum zamanı yaralanmasına baxmayaraq, Hibbert gücü çatdığı vaxta qədər insanlara kömək edib, hadisədə yaralanan digər polis əməkdaşının isə hələ xəstəxanada müalicə aldığı bildirilib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et