Bu gün:

Vitse-prezident Cevdet Yılmaz Azərbaycandadır


Vitse-prezident Cevdet Yılmaz Azərbaycan-Türkiyə Qarışıq İqtisadi Komissiyasının 12-ci Dövr Toplantısında iştirak etmək üçün getdiyi Azərbaycanda şəhidləri ziyarət edib.

Vitse-prezident Yılmaz əvvəlcə 2-ci Qarabağ müharibəsində qələbənin xatirəsinə ucaldılmış Zəfər abidəsini ziyarət edib, əklil qoyub.

Yılmaz mərhum prezident Heydər Əliyevin məzarının yerləşdiyi Fahri Hiyabanı ziyarət edib, məqbərə önünə əklil qoyub. Daha sonra 20 Yanvar şəhidlərinin məskunlaşdığı Bakı Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Yılmaz Bakı Türk Şəhidliyini ziyarət edib, buradakı abidə önünə əklil qoyub.

Səfərdən sonra mətbuata açıqlama verən Yılmaz Türkiyə Böyük Millət Məclisində 2026-cı ilin büdcə müzakirələrinin dünən yekunlaşdığını xatırladaraq, gərgin prosesdən sonra qəbul edilən büdcənin xeyirli olmasını arzulayıb.

Azərbaycanda edəcəyi təmaslara toxunan Yılmaz "Azərbaycan bizim çox önəmli dostumuz və müttəfiqimizdir, siyasi əlaqələrimiz fərqli bir səviyyəyə çatsa da, iqtisadi əlaqələrimiz artmaqda davam edir", - deyib.

Səfər zamanı Yılmazı ticarət naziri Ömer Bolat, Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Bakıdakı səfiri Birol Akgün və Azərbaycanın Ankara səfiri Reşad Memmedov müşayiət edib.

Mənbə: Trt Xəbər

Tərcümə etdi: Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et