Rusiya İstintaq Komitəsi bildirib ki, bazar ertəsi səhər saatlarında avtomobilin altına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində general-leytenant Fanil Sarvarov həlak olub.
Komitə əlavə edib ki, 56 yaşlı Sarvarov Silahlı Qüvvələrin əməliyyat hazırlığı idarəsinin rəisi olub.
Bildirilib ki, araşdırılan versiyalardan biri bombanın Ukrayna kəşfiyyat xidmətlərinin iştirakı ilə yerləşdirilməsidir. Ukrayna tərəfi məsələ ilə bağlı şərh verməyib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
