"Vogue" jurnalı bu həftə moda dünyasında diqqət çəkən ən uğurlu ulduz obrazlarını açıqlayıb. Siyahıda həm müasir, həm də klassik üslubu ilə seçilən məşhurlar yer alıb.
Pop ulduzu Ariana Qrande zərif siluetli, minimalist dizaynlı geyimi ilə seçilərək incə və müasir üslubunu bir daha nümayiş etdirib. Onun seçimi qadınsı detallarla yanaşı, son dövrün əsas trendlərini də əks etdirib.
Keçmiş ABŞ birinci xanımı Mişel Obama isə klassik və güclü obrazı ilə diqqət mərkəzində olub. O, eleqant kəsimli libası və düşünülmüş aksessuar seçimi ilə dəbdə zamansız üslubun hələ də аkural olduğunu sübut edib.
"Vogue"un siyahısına daxil olan digər məşhurlar da fərqli üslubları ilə seçilərək həftənin moda gündəmini formalaşdırıblar. Jurnalın ekspertləri qeyd edirlər ki, bu həftənin əsas mesajı sadəlik, eleqantlıq və fərdi üslubun ön planda olmasıdır.
"Vogue"un bu seçimi bir daha göstərir ki, ulduz dəbi həm ilham mənbəyi, həm də qlobal moda trendlərinin güzgüsüdür.
Mənbə: vogue.com
Tərcümə etdi: Şehrin Musayeva
