Bu gün:

Sidneydəki terror hücumunun detalları açıqlanıb


Sidney terror hücumu ilə bağlı yeni məlumatlar yayılıb.Polis sənədlərinə görə, Bondi sahilində keçən həftə baş verən hücumda silahlı şəxslər dörd partlayıcı atıblar, o cümlədən "tennis topu bombası"ndan istifadə ediblər.

Hücum 14 dekabr tarixində, Hanuka bayramını qeyd edən yəhudi icmasının tədbirinə həyata keçirilib. 24 yaşlı Naveed Akram hücumda 15 adamın ölümü də daxil olmaqla onlarla ittihamla üzləşib. Hücum zamanı polis tərəfindən yaralanan Akram bazar ertəsi günü xəstəxanadan çıxarılıb həbsxanaya köçürülüb.

İddiaya görə ikinci silahlı şəxs — onun atası Sajid Akram isə hücum zamanı öldürülüb.

Polis məlumatına görə, hücumdan həftələr əvvəl ataları Sajid Akram silah təlimi keçib və hətta bu təlim videosu Naveed Akramın telefonunda aşkar edilib. Həmçinin, hər ikisi oktyabr ayında İslam Dövləti bayrağı qarşısında video manifest çəkiblər.

Müfəttişlər hücumun əvvəlində dörd partlayıcının atıldığını, lakin onların işləmədiyini bildiriblər. Hadisə ilə bağlı istintaq davam edir.


Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et