Bu gün:

Avstraliya Baş naziri Bondi hücumundan sonra kəşfiyyat təşkilatlarının işini yoxlamağı elan edib


Avstraliyanın Baş naziri Entoni Albaniz Sidneydəki Bondi çimərliyində baş verən hücumun ardından polis və milli kəşfiyyat agentliklərinin fəaliyyətinə yoxlama təyin edib.

Albaniz bəyan edib: "Keçən bazar günü İŞİD tərəfindən ruhlandırılan bu dəhşətli hadisə, ölkəmizdə təhlükəsizlik mühitinin nə qədər sürətlə dəyişdiyini bir daha təsdiqləyir. Təhlükəsizlik qurumlarımız ən yaxşı hazırlıq vəziyyətində olmalıdırlar".

Ata və oğuldan ibarət iki silahlı şəxsin bir Yəhudi festivalında atəş açması nəticəsində 15 nəfərin həlak olduğu atışma terror aktı kimi qiymətləndirilib. Polis hücumçuların "İŞİD ideologiyası" tərəfindən ruhlandırıldığını bildirib.

Bazar günü ölkə üzrə anım günü keçiriləcək.

Bondi çimərliyindəki hücumdan sonra çimərlik qonaqları həyatlarına davam etməyə çalışır. Onlardan biri "Qorxuya qalib gəlmək olmaz" ifadəsini işlədir.


Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et