Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
24media.az bildirir ki, bu çərçivədə Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən “Baku Electronics” MMC-yə məxsus məişət avadanlıqları mağazasında aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi tələblərinin ciddi şəkildə pozulduğu aşkarlanıb. Müəyyən edilib ki, mövcud nöqsanlar insan həyatı və sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunub ki, obyektin istismarının davam etdirilməsi halında baş verə biləcək yanğın qısa müddətdə genişlənərək ağır nəticələrə səbəb ola bilər.
Aytac Musayeva
