Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç ilə görüş keçirib.
24media.az bildirir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.
Görüş zamanı Azərbaycan–Monteneqro münasibətlərinin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyi qeyd olunub, bu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Danışıqlar zamanı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi, energetika, humanitar sahə, turizm və digər istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Aytac Musayeva
