Bu gün:

ABŞ Suriyada İŞİD-ə qarşı “böyük hava hücumu” həyata keçirdiyini açıqlayıb


Bu əməliyyat Suriyadakı Amerika qüvvələrinə edilən hücuma cavab olaraq təşkil olunub.

 ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, döyüş təyyarələri, hücum helikopterləri və artilleriya birlikləri Suriyanın mərkəzi hissəsində yerləşən müxtəlif hədəflərə zərbələr endirib və 70-dən çox hədəf vurulub. Hücumda İordaniyadan havalanan təyyarələr də iştirak edib. 

Açıqlamada qeyd olunub ki, əməliyyat zamanı İŞİD-ə məxsus məlum infrastruktur və silah anbarlarını hədəf alan 100-dən çox dəqiq idarə olunan sursatdan istifadə olunub. ABŞ Prezidenti Donald Tramp Palmira şəhərində baş vermiş və iki ABŞ əsgəri ilə bir amerikalı mülki tərcüməçinin ölümü ilə nəticələnmiş İŞİD hücumundan sonra onun mövqelərinə “çox güclü cavab verdiklərini” bildirib. Avropa, Afrika və Sakit okean bölgəsindəki ABŞ hərbi əməliyyatlarını idarə edən CENTCOM X platformasında verdiyi açıqlamada hücumun Türkiyə vaxtı ilə gecə saat 00:00-da başladığını qeyd edib.


Mənbə: BBC News

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et