Bu gün:

BƏƏ-də güclü leysan hadisəsi baş verib


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) son aylarda qeydə alınan ən güclü leysan yağışları Dubay başda olmaqla bir sıra iri şəhərlərdə selə səbəb olub. Güclü yağıntılar nəqliyyatın hərəkətini məhdudlaşdırıb, onlarla uçuş ləğv edilib.

Məlumata görə, səhra iqliminin hakim olduğu ölkədə intensiv yağışlar nəticəsində bir çox küçə və avtomobil yolları tamamilə su altında qalıb. Bələdiyyə xidmətləri yollarda yığılan suyun çəkilməsi üçün təcili tədbirlərə başlayıb.

Dubay polisi əlverişsiz hava şəraiti ilə əlaqədar vətəndaşlara günorta saatlarınadək zəruri olmadıqca evdən çıxmamaq barədə xəbərdarlıq edib.

Hazırda hava şəraitinin nə vaxt normallaşacağı ilə bağlı rəsmi açıqlama verilməyib.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et