Yeni Cənubi Uels Baş naziri Kris Minns Bondi çimərliyindəki atışma ilə bağlı Kral Komissiyasının yaradılmasına çağırıb. Bu hadisə Avstraliyada son 30 ildə baş vermiş ən ölümcül hadisə kimi qeyd olunur.

Ötən bazar günü ölkənin ən məşhur çimərliyində keçirilən yəhudi festivalında "İslam Dövləti ideologiyası" ilə hərəkət etdiklərinə inanılan iki silahlı şəxsin atəş açması nəticəsində 15 nəfər həlak olub, onlarla insan yaralanıb.
Hücumdan bəri Avstraliyanın ştat və federal hökumətləri ekstremizmə qarşı mübarizə üçün bir sıra tədbirlər elan ediblər.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
