ABŞ Ədalət Departamenti, müftəkər cinsi cinayətkarlıqda ittiham olunan, lakin mühakimə gözləyərkən həbsdə ölən Ceffri Epşteyn ilə bağlı gözlənilən sənədlərin bir hissəsini ictimaiyyətə açıb. Ancaq sənədlərin "ağır şəkildə redaktə olunduğu" bildirilir.

Açıqlanan materiallar arasında Epşteynin evlərinin daxili fotoları, xaricə səyahətləri və ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Britaniya kral ailəsinin üzvü Andrey Mauntbatten-Vindzor və Maykl Cekson kimi məşhurların adları və şəkilləri yer alır. Lakin vurğulanır ki, bu sənədlərdə adı çəkilən və ya təsvir olunan hər kəs günahkar deyil və əvvəlki açıqlamalarda bir çoxu Epşteynlə əlaqəli heç bir səhv davranışları olmadığını deyib.
BBC-nin ABŞ müxbiri Entoni Zurçer qeyd edir ki, keçmiş Prezident Donald Trampın adı demək olar ki, bu materiallarda çəkilməyib və bunun Ağ Ev üçün bir növ rahatlıq ola biləcəyini bildirir. Lakin Demokratlar açıqlamanı "qanunu pozduğunu" iddia edərək qırmızı xətlərin çəkilməsinə tənqid edirlər. Ağ Ev isə Tramp administrasiyasını "tarixdə ən şəffaf" idarəetmə kimi təqdim edir.
Materialların Epşteynin şəbəkəsi haqqında az məlumat verdiyini, lakin Tramp administrasiyasının işinə münasibətinə nəzarəti gücləndirdiyini vurğulayan BBC-nin digər müxbiri Piter Bouz deyir: "Fayllar Epşteynin şəbəkəsinə az işıq salır, lakin Tramp administrasiyasının bu işlə məşğul olmasına nəzarəti gücləndirir."
Epşteynin qurbanlarından biri olan və 1996-cı ildə FBI-a verdiyi şikayət də sənədlərə daxil edilən Mariya Farmer BBC-yə müsahibəsində bildirib: "Özümü reabilitasiya olunmuş hiss edirəm... Sevinc göz yaşları tökürəm, həm də digər bütün qurbanlar üçün kədər göz yaşları."
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
