Bu gün:

AKP yeni “Terrordan azad Türkiyə” prosesinin hesabatını TBMM-yə təqdim edib


Ədalət və İnkişaf Partiyası (AKP) “Terrordan azad Türkiyə” adlandırdığı yeni həll prosesinə dair qanunvericilik təkliflərini əks etdirən hesabatını Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib.

Partiya qanunvericilik mərhələsinə keçidin PKK-nın silahını yerə qoyduğunun rəsmi qurumlar tərəfindən müəyyən edilməsi və təsdiqlənməsi şərtinə bağlı olduğunu vurğulayıb. Hesabatda yalnız “özünü ləğv etmiş təşkilatı” əhatə edən müvəqqəti qanun təklifinin irəli sürüləcəyi qeyd olunur.

AKP-nin hesabatında digər siyasi partiyaların, o cümlədən CHP, DEM və MHP-nin “qəyyum tətbiqinin ləğv olunması” barədə mövqeyi ilə bağlı açıq ifadələr yer almayıb.

Partiyanın 60 səhifəlik və 15 bölmədən ibarət hesabatında kürd probleminin həllinə yönəlik hakimiyyət dövründə atılan addımlar və həyata keçirilmiş qanunvericilik dəyişiklikləri ətraflı təqdim olunub. Yeni proses hesabatda “Türkiyə modeli” termini ilə xarakterizə edilir.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et